Ərdoğan: "Türkiyə bütün beynəlxalq məkanlarda Fələstini dəstəkləyir"

Dünya

26.11.2024 07:13

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada münaqişə sona çatana qədər Türkiyənin Fələstin xalqına dəstəyini davam etdirəcəyini vəd edib.

TodayPress “TRT Haber” telekanalına istinadən bildirir ki, bunu Türkiyə prezidenti Nazirlər Kabinetinin iclasında söyləyib.

"Biz soyqırıma son qoyulana, Qəzza və Fələstin tamamilə azad edilənə qədər qardaş və bacılarımıza bütün gücümüz və vasitələrimizlə dəstək olacağıq" o vurğulayıb.

Ərdoğanın sözlərinə görə, Ankara bütün beynəlxalq məkanlarda Fələstini dəstəkləyir.

"Bu çətin dövrlərdə biz Fələstin xalqı, Fələstinin məzlum əhalisi qarşısında qardaşlıq borcumuzu yerinə yetirməyə çalışırıq. Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və onun barəsində həbs qərarı çıxarıb” - Türkiyə lideri əlavə edib.

Aynur TAC

 

tag: Ərdoğan, Qəzza, Fələstin, Müharibə, Türkiyə, todaypress.az,