Ərdoğan Trampla görüşmək istəyir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ prezidenti Donald Trampla “ilk fürsətdə” danışıqlar aparmaq niyyətindədir.
TodayPress xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Ərdoğanın sözlərinə görə, Trampla son telefon danışığı çox səmimi, məhsuldar və mehriban keçib. O, Türkiyə və ABŞ arasında münasibətlərin dərin tarixi köklərə sahib olduğunu vurğulayıb.
“Müzakirə edəcəyimiz çoxlu məsələlər və atacağımız addımlar var. Bu səbəbdən nazirliklərimiz görüşümüzü hazırlamaq üzərində işləyir” deyə Ərdoğan qeyd edib.
Türkiyə Xarici İşlər Nazirliyi bu məqsədlə ABŞ rəhbərliyi ilə koordinasiyanı davam etdirir. Görüşün dəqiq tarixi hələ müəyyən olunmayıb.
Türkan İsgəndərli
tag: Türkiyə,Ərdoğan,ABŞ,Tramp,todaypress.az,