Ərdoğan: “Ticarət müharibəsi daha da güclənəcək”

Dünya

04.02.2025 17:30

“Dünyada ticarət müharibəsi daha da güclənəcək”. 

TodayPress xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə məşğulluq strategiyasının təşviqi ilə bağlı iclasda çıxışı zamanı bildirib. 

“Bu gün beynəlxalq sistem ağrılı bir dövr yaşayır. Geosiyasi mübarizə əvvəlki kimi aparılmır. Ticarət müharibəsində gərginlik artacaq” deyə Ərdoğan vurğulayıb. 

Türkiyə lideri qeyd edib ki, bu şəraitdə hökumət ölkə üçün mümkün riskləri hesablayaraq uyğun addımlar atmağa çalışır. O, bu addımlardan biri kimi qtisadiyyat və ticarət sahəsində yol xəritəsinin yenidən nəzərdən keçirilməsini göstərib.   

Qiymət Mahir

tag: Ticarət,Dünya,Türkiyə,Lider,Todaypress.az,