Ərdoğan Suriyaya səfər edəcək

Dünya

04.02.2025 09:56

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan ayı öncəsi Suriyaya səfər edəcək. 

TodayPress xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Məlumata görə, Suriyanın yeni lideri Əhməd əl-Şara prezident Ərdoğanı rəsmi olaraq Dəməşqə dəvət  edəcək. 

Bundan öncə isə Türkiyə Prezident Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fahrettin Altun Suriya prezidentinin səlahiyyətlərini icra edən Əhməd əş-Şaranın fevralın 4-də Türkiyəyə səfər edəcəyini bildirib.

Danışıqlar zamanı Suriyadakı son hadisələrin bütün aspektlərinin müzakirə ediləcəyi planlaşdırılır.

Nicat Osman

tag: Türkiyə,Ərdoğan,Suriya,Əhməd əl-Şara,Todaypress.az,