Ərdoğan Suriyanı tezliklə nizamlanmaya çağırdı
Dünya
08.12.2024 06:34
Türkiyənin Suriyaya qarşı ərazi iddiası yoxdur və məsəlnin tezliklə sülh yolu ilə həll olunmasının tərəfdarıdır.
TodayPress xəbər verir ki, Ərdoğan bunu hakim Ədalət və İnkişaf Partiyasının qurultayında deyib.
"Mən çox yüksək səslə və açıq
şəkildə demək istərdim ki, bizim Suriyaya heç bir ərazi iddiamız yoxdur. Biz
istəyirik ki, qonşu ölkə 13 ildir arzuladığı sülhü, sabitliyi və əmin-amanlığı
tez bir zamanda tapsın" Ərdoğan bildirib.
Dekabrın 5-də Suriya Silahlı Qüvvələrinin komandanlığı silahıların Həmanın bir neçə məhəlləsinə daxil olduğu açıqlanıb.
Komandanlığın verdiyi açıqlamaya görə,
Həmanı müdafiə edən hökumət qüvvələri şəhərdən çıxarılıb.
Aynur TAC
tag: Suriya, Türkiyə, Silahlılar, Həman,Ərdoğan, todaypress.az,