Ərdoğan: “Suriyanı terror yuvası olmaqdan xilas etmək lazımdır”

Dünya

17.12.2024 16:43

Beynəlxalq ictimaiyyət Suriya xalqına 13 il ərzində lazımi dəstəyi göstərməyib, göstərə bilməyib.

TodayPress-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Lyayenlə görüşündən sonra mətbuata açıqlamasında deyib.

Ərdoğan Dəməşqdəki Türkiyə səfirliyinin bərpası məsələsinə də toxunub: 

“Türkiyə bundan sonra da Suriyanın yanında olmağa davam edəcək. Suriyanı terror yuvası olmaqdan xilas etmək lazımdır”.

Türkiyə Prezidenti həmçinin ölkəsinin Suriya ilə əməkdaşlığa hazır olduğunu ifadə edib.

tag: Ərdoğan, Türkiyə,Prezident, Suriya, Terror, todayress.az,