Ərdoğan Suriyadakı terror təşkilatlarına son qoyacağına söz verdi
Dünya
25.12.2024 18:45
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Suriyadakı separatçı terror təşkilatlarının fəaliyyətinə son qoyacağını bildirib.
TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Ərdoğanın sözlərinə görə, Türkiyə Suriyadakı terror təşkilatlarını, xüsusilə İŞİD-i və PKK-nı darmadağın etməkdə qərarlıdır.
“Bu separatçı cinayətkarlar ya silahları ilə özləri vidalaşacaqlar, ya da onlarla birlikdə Suriya torpağında dəfn olunacaqlar. Kürd qardaşlarımızla aramızda qan divarı hörməyə çalışan terror təşkilatını məhv edəcəyik” deyə Türkiyə lideri parlamentdə hakim Ədalət və İnkişaf Partiyasının fraksiyası qarşısında çıxışı zamanı deyib.
Ərdoğan qeyd edib ki, terrorçu qruplar Suriya, İraq və Türkiyə üçün təhlükə mənbəyidir.
Töhfə Səməd
tag: Türkiyə, Ərdoğan ,Suriya ,terrorçu, Partiya, todaypress.az,