Ərdoğan Suriyadakı hakimiyyət dəyişikliyini Türkiyənin qələbəsi adlandırdı
Dünya
11.01.2025 23:44
Suriyada hakimiyyət dəyişikliyi bu ölkənin
qonşusu kimi həm də Türkiyənin qələbəsi idi.
TodayPress "TRT Haber"ə istinadən xəbər
verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O vurğulayıb ki, Bəşər Əsəd rejimininin sona çatmasına
sevinməyənlər Türkiyənin qələbəsini qəbul edə bilməzlər.
Bundan əvvəl Ərdoğan ərəb ölkələrini Suriyanın bərpasına
kömək etməyə çağırıb və ölkənin 500 milyard dollardan çox zərər çəkdiyini qeyd
edib. Türkiyə liderinin sözlərinə görə, beynəlxalq ictimaiyyət Suriyanın
yenidən qurulmasına töhfə verməlidir.
Xatırladaq ki, noyabrın 27-də müxalifət silahlı
birləşmələrinin üzvləri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin
mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında
üsyançılar bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ
keçirdilər. Bazar günü səhər onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya
ordusunun bölmələri şəhəri tərk ediblər.
Suriya prezidenti Bəşər Əsəd həmin gün ölkəni tərk edib.
Dekabrın 10-da 2024-cü ilin yanvar ayından İdlib
vilayətində müxalifətin yaratdığı Qurtuluş Hökumətinə başçılıq edən Məhəmməd
əl-Bəşir Suriya hökumətinin başçısı təyin olunduğunu açıqlayıb. Keçid hökuməti
2025-ci il martın 1-dək davam edəcək.
tag: Türkiyə, Suriya, Bəşər Əsəd, Hələb, Ərdoğan, Prezident, todaypress.az,