Ərdoğan Şimali Kiprə səfər edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan, Kipr Sülh Əməliyyatının 50-ci ildönümünü qeyd etmək üçün Şimali Kiprə
səfər edəcək.
TodayPress xəbər verir ki,
Şimali Kipr Türk Cumhuriyyəti (KKTC) Sülh Hərəkatının 50-ci ildönümünü möhtəşəm
şəkildə qeyd etməyə hazırlaşır.
Anma proqramları ilə yanaşı,
KKTC Sülh Əməliyyatının 50-ci ildönümü üçün orkestr və yeniçəri birliyi
konsertləri, idman yarışları, konfranslar, seminarlar, simpoziumlar və məqalə
müsabiqə kimi tədbirlər təşkil ediləcək.
Əməliyyatın 50-ci ildönümü
münasibətilə KKTC-də keçiriləcək mərasimdə Türkiyənin ilk təyyarədaşıyan gəmisi
TCG Anadolu da iştirak edəcək. TCG Anadolu və bir çox gəmi parad keçirəcək.
Tədbirlər çərçivəsində iyulun
20-də Türk Ulduzları və SOLOTÜRK komandalarının çıxışı planlaşdırılır.
Bayram tədbirləri çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş və kabinet üzvləri, siyasi partiya nümayəndələri və çoxlu sayda millət vəkilləri KKTC-də olacaq.
tag: Ərdoğan ,Türkiyə, Şimali Kipr, Səfər, todaypress.az,