Ərdoğan Rutte ilə qapalı görüş keçirir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun baş katibi Mark Rutte arasında Ankarada qapalı qapılar arxasında görüş başlayıb.
TodayPress xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Mənbələrə görə, tərəflər arasında müzakirə mövzuları sırasında Rusiya və Ukrayna arasında mümkün danışıqların mayın 15-də İstanbulda keçirilməsi ehtimalı da yer ala bilər.
Görüşün detalları hələlik açıqlanmayıb.
Qiymət Mahir
tag: Rəcəb Tayyip Ərdoğan,Türkiyə,Mark Rutte,Görüş,Todaypress.az,