Ərdoğan: Qəzzada razılaşmaların pozulmasının qarşısını almaq lazımdır
Dünya
17.01.2025 01:43
“Qəzzada razılaşmaların pozulmasının
qarşısını almaq lazımdır”.
TodayPress “TRT Haber”ə istinadən xəbər verir ki,
bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, Fələstinin “HƏMAS” hərəkatı ilə İsrail arasında Qəzza
zolağında atəşkəslə bağlı razılaşmalardan məmnun olduğunu bildirib:
“İndi İsrailin bu razılığı pozmasının qarşısını almaq
lazımdır. Artıq qarşımızda İsrailin Qəzzada törətdiyi genişmiqyaslı
dağıntıların aradan qaldırılması və bölgəyə humanitar yardımın çatdırılması
kimi çox mühüm iş var”.
Onun sözlərinə görə, hücumlar nəticəsində 50 mindən çox
insanın həlak olmasına baxmayaraq, Qəzza İsrailə təslim olmayıb:
“Biz indi atəşkəs rejiminə əməl etmək və Qəzzada yaraları
sağaltmaq üçün daha çox iş görməliyik. Beynəlxalq ictimaiyyət Qəzza xalqı
qarşısındakı hüquqi və mənəvi borcunu yerinə yetirməlidir”.
Qeyd edək ki, İsrail və HƏMAS hərəkatı arasında
atəşkəs sazişi imzalanıb.
tag: Ərdoğan, İsrail, HƏMAS, Razılaşma, Qəzza, Türkiyə, todaypress.az,