Ərdoğan: “Qardaş Azərbaycana D-8 ailəmizə xoş gəldiniz deyirəm”

Dünya

19.12.2024 14:55

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın D-8 (İnkişaf Edən Səkkiz Ölkə -red.) ailəsinə qoşulduğunu bəyan edib.

TodayPress Türkiyə KİV-ə istinaədən xəbər verir ki, o, bu barədə Misirin paytaxtı Qahirədə keçirilən D-8-in 11-ci Zirvə toplantısında danışıb.

"Təşkilatımızı böyütmək, təsir sahəsini daha da genişləndirmək üçün yeni üzv və tərəfdaşlara qapımızın açıq olması lazımdır. Azərbaycanın təşkilatımıza üzv olması ilə birlikdə bu gün dünəndən daha güclüyük. Qardaş Azərbaycana D-8 ailəmizə xoş gəldiniz deyirəm" deyə Ərdoğan vurğulayıb.

tag: Azərbaycan, Türkiyə, Qardaş, Ərdoğan, todaypress.az,