Ərdoğan Paşinyanla nələri müzakirə etdi?

Dünya

19.06.2024 10:23

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

TodayPress xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası "X" səhifəsində paylaşım edib.

Bildirilib ki, danışıq zamanı tərəflər regionda baş verən hadisələri və beynəlxalq gündəmi müzakirə ediblər.

Onlar, həmçinin, iki ölkənin xüsusi nümayəndələri arasında danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıblar.

tag: Ərdoğan, Paşinyan, Ermənistan, Türkiyə, todaypress.az,