Ərdoğan öz kitabını Paşinyana hədiyyə etdi
Dünya
25.09.2024 09:48
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkdakı “Türk Evi”ndə Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edib.
TodayPress xəbər verir ki, görüşdə iki ölkənin münasibətlərində normallaşma, Ermənistanla Azərbaycan arasında sülh prosesləri müzakirə edilib.
Prezident Ərdoğan Türkiyənin yeni dövrdə Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasına tərəfdar olduğunu və bunun üçün səylərin davam etdiyini bildirib.
Türkiyə lideri Ankara ilə İrəvanın ilkin şərt qoyulmadan normallaşma istiqamətində əhəmiyyətli irəliləyişlər əldə etdiyini ifadə edərək, dialoq prosesinin davam etdirilməsinə səmimi dəstəyini vurğulayıb.
Sonda Türkiyə lideri Ermənistanın baş nazirinə müəllifi olduğu “Daha ədalətli dünya mümkündür” kitabını hədiyyə edib.
tag: Ərdoğan, Paşinyan, Türkiyə ,Ermənistan ,Azərbaycan ,todaypress.az,