Ərdoğan NATO-ya xəbərdarlıq etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-ya Ukrayna ilə bağlı xəbərdarlıq edib.
TodayPress xəbər verir ki, bu barədə Türkiyə prezidentinin ofisi məlumat yayıb.
O, Baş katib Mark Rutte ilə görüşündə bildirib ki, alyans Ukrayna müharibəsinin bir hissəsi olmamalıdır.
Həmçinin qeyd olunur ki, Türkiyə atəşkəsin təmin olunmasını və ədalətli sülhün əldə edilməsini dəstəkləyir və bu istiqamətdə səylərini davam etdirir.
Türkan İsgəndərli
tag: Ərdoğan,NATO,Ukrayna,Rutte,todaypress.az,