Ərdoğan Mirzoyanı qəbul edəcək
Türkiyə prezidenti Rəcəb
Tayyib Ərdoğan İstanbulda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı
qəbul edəcək.
TodayPress xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazır.
Görüş “3+3”
platformasının xarici işlər nazirlərinin görüşü çərçivəsində baş tutacaq.
Mirzoyanla türkiyəli həmkarı Hakan Fidan arasında da danışıqlar planlaşdırılır.
Regional
platformanın iclası zamanı türkiyəli nazir İrəvan və Bakı arasında sülh
müqaviləsinin imzalanması prosesinə dəstək verəcəyini bəyan edəcək.
tag: Türkiyə, Ərdoğan, Mirzoyan, Ermənistan, todaypress.az,