Ərdoğan: “Macarıstanı Aİ sədrliyindən uzaqlaşdırmağa çalışırlar”

Dünya

21.07.2024 16:19

“Qərb Macarıstan hökumətinin başçısı Viktor Orbana Ukraynada nizamlanma planı ilə bağlı təzyiq göstərir. Bununla bağlı onlar Macarıstanı da Avropa İttifaqına (Aİ) sədrlikdən uzaqlaşdırmağa çalışırlar”.

TodayPress xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Keçən həftə (NATO sammiti çərçivəsində) qonağımız Macarıstanın baş naziri Viktor Orban idi. Görüşdən sonra o, Donald Trampla nahar edəcəyini söylədi. Eyni zamanda NATO sammiti də keçirildi. Ertəsi gün Orban, o cümlədən Moskvaya səfərinə görə çox tənqid olunmağa başladı. Cənab Orban Çinə səfər etdi və eyni şəkildə tənqid edildi. O, Şuşadakı bir toplantıda da iştirak edib və yenidən tənqid olundu” deyə Ərdoğan əlavə edib.

Türkiyə prezidenti bildirib ki, indi Qərb Macarıstanı Aİ-nın sədrliyindən necə uzaqlaşdıracağını planlaşdırır.

Töhfə Səməd

tag: Ərdoğan, Türkiyə, Sammit,Macarıstan ,Qərb,NATO ,Şuşa,todaypress.az,