Ərdoğan: "LGBT pozğunluğu ilə müqəddəs olan hər şeyə müharibə elan ediblər"
Dünya
30.07.2024 22:37
“Parisdə həyata keçirilməsi
istənən şey, yaradılmışların ən şərəflisi olan insanları ən aşağı səviyyəyə, yəni
heyvanlardan da aşağı səviyyəyə endirmək layihəsidir. İlk fürsətdə bu barədə cənab
Papaya zəng edəcəyəm. Xristian dünyasına və bütün xristianlara qarşı edilən əxlaqsızlığı
onunla bölüşəcəyəm.”
TodayPress xəbər
verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf
Partiyasının Konfrans Salonunda təşkil olunmuş tədbirdə bir sıra məsələlərə
münasibət bildirərkən deyib.
Macarıstanın baş naziri Viktor
Orbanın haqlı reaksiyasını təqdir edən Ərdoğan, "Əslində müqəddəs şeylərə
edilən bu açıq hücuma qarşı daha çox lider və daha çox siyasətçi çıxış etməli
idi. Təəssüf ki, biz bunu görə bilmirik. Bəziləri biganəlikdən, bəziləri
qorxusundan, bəziləri də siyasi karyerası naminə LGBT lobbisinin əleyhinə danışa
bilmir. Biz danışırıq.” deyə bildirib.
Daha sonra LGBT zülmünə qarşı
müqavimət göstərməyin hər kəsin qarşısında ali vəzifə olduğunu vurğulayan
Ərdoğan sözlərinə belə davam edib:
"LGBT lobbisinin getdikcə
daha da şiddətləndiyi halda, bəşəriyyət eyni zamanda böyük bir mühasirə ilə üzləşir.
Onlar qlobal miqyasda bir qorxu mühitini yaradırlar. Buradan qeyd etməliyəm ki,
biz sadəcə bir tendensiya ilə deyil, birbaşa uşaqlarımızı hədəfə alan faşist
bir hücumla qarşı-qarşıyayıq. Normallığa, təbiətə, ailəyə və bəşəriyyətə qarşı
çoxölçülü, hərtərəfli və amansız müharibə aparılır. İslamofobiya ilə İslama
müharibə elan edənlər LGBT pozğunluğu ilə müqəddəs olan hər şeyə müharibə elan
ediblər. LGBT pozğunluğunu azadlıq kimi təqdim edənlərin hicablı idmançılara
dözə bilməmələri də onların şüurlarında azadlığın tərifini ortaya qoyur. Fransa
fransalı idmançıların hicablı olduqları təqdirdə yarışlarda iştirakına mane
olub. Bu hansı məntiqdir? Nə cür anlayışdır? Fransada yaşayan mərakeşli, əlcəzairli,
tunisli və s. insanlara bildirmək istəyirəm ki, onların bu məsələdə niyə mövqe
nümayiş etdirmədiklərini anlamaqda çətinlik çəkirəm. Onlar təkcə İslam və müsəlmanların
deyil, təbii və müqəddəs olan hər şeyin düşmənidirlər. Paris qalmaqalı bu həqiqəti
bir daha üzə çıxardı. Cinsiyyətsizləşdirmək insan övladını məhv etmək deməkdir." (apa.az)
tag: LGBT, Ərdoğan, Türkiyə, Paris-2024, todaypress.az,