Ərdoğan Kazanda keçiriləcək BRICS sammitində iştirak edəcək

Dünya

10.09.2024 21:23

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək BRICS sammitində iştirak edəcək.

TodayPress xəbər verir ki, bu barədə “Haber Global” telekanalı məlumat yayıb.

Daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, Qərb geosiyasi mərkəz mövqeyini itirir, ona görə də çoxqütblü dünyanın digər aktorları ilə münasibətləri inkişaf  etdirməyə səy göstərir.

BRICS-in genişləndirilməsi məsələsi oktyabrın 22-24-də Kazanda keçiriləcək qarşıdakı sammitdə müzakirə oluna bilər.

Azərbaycanın BRICS-ə qoşulmaq üçün rəsmi müraciətinə assosiasiyanın bu ilin oktyabrında Kazanda keçiriləcək sammitində baxıla bilər.

Avqustun 20-də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, respublika BRICS-ə qoşulmaq üçün rəsmi müraciət edib.

Hazırda təşkilatın 10 üzvü var.


Aynur TAC

tag: Türkiyə, Rəcəb Tayyib Ərdoğan, BRİKS, Kazan,todaypress.az,