Ərdoğan İsrail-Livan arasında atəşkəsin daimi olacağına ümid edir
Dünya
29.11.2024 21:13
Türkiyə
prezidenti Rəcəb Tayyib Ərdoğan Livan və İsrail arasında atəşkəs razılaşmasının
sabit qalacağına ümid etdiyini, həmçinin Qəzza zolağında atəşkəsin zəruri olduğunu söyləyib.
TodayPress xəbər verir ki, Ərdoğan bunu Türkiyənin “TRT
World” televiziyasına müsahibəsində vurğulayıb.
O,
Türkiyənin İsrail-Fələstin münaqişəsinin tezliklə sülh yolu ilə həllini müdafiə
etdiyini, İsrail və Livan arasındakı atəşkəsin qalıcı olmasını bildirib.
"Biz
Qəzzada soyqırımı dayandırmaq və davamlı sülhə gedən yolu açmaq üçün tam
əməkdaşlığımızı genişləndirməyə hazırıq" Türkiyə lideri vurğulayıb.
İsrail
və Livan arasında 2023-cü ilin oktyabrında hərbi münaqişədən bəri
ilk atəşkəs razılaşması noyabrın 27-də səhər qüvvəyə minib. ABŞ prezidenti Cozef
Bayden İsrail və "Hizbullah" hərəkatı arasında əldə olunan razılaşmanın Livan
ordusu və dövlətinə icazə verəcəyini açıqlayıb.
Aynur TAC
tag: Ərdoğan, İsrail, XİN, Livan, todaypress.az,