Ərdoğan İran Prezidenti ilə görüşdü

Dünya

24.09.2024 01:22

1600

BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkian ilə görüşüb.

TodayPress “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə dövlət başçısı ilə İran prezidenti arasında görüş Nyu-Yorkda Türkevində baş tutub. Binanın girişində Pezeşkianı Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın qarşılayıb.

Prezidentlərin görüşü mətbuata qapalı keçirilib.

tag: Ərdoğan, Türkiyə, İran, Məsud Pezeşkian,todaypress.az,