Ərdoğan: HƏMAS-la İsrail arasında atəşkəs razılaşmasını alqışlayırıq
Dünya
16.01.2025 03:55
HƏMAS ilə İsrail arasında atəşkəs
danışıqlarının razılaşma ilə nəticələnməsini alqışlayırıq.
TodayPress xəbər verir ki, bunu Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə lideri razılaşmanının Fələstin sakinləri, region
və bütün bəşəriyyət üçün faydalı olacağna, davamlı sülhə və sabitliyə qapı
açacağına ümidini ifadə edib.
"Türkiyə bunun üçün bütün imkanlarını səfərbər edəcək" Ərdoğan vurğulayb.
Qeyd edək ki, Qəzza zolağında atəşkəs razılaşması əldə
olunub. Razılaşma vasitəçilərin bir neçə saatlıq gərgin fəaliyyətindən sonra
bağlanıb.
"Əl-Cəzirə" telekanalı bildirib ki, Qəzzada
atəşkəs razılaşmasının ilk mərhələsində 33 israilli girov azad olunacaq.
Bununla yanaşı, İsrailin hərbi qüvvələrini Qəzza zolağının sərhədlərindən 700
metr məsafəyə geri çəkəcəyi barədə xəbərlər yayılıb.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin
radikal HƏMAS hərəkatının silahlı tərəfdarlarının Qəzza zolağından İsrail
ərazisinə soxulmasından, sərhədyanı kəndlərdə sakinlərin öldürülməsindən və
250-yə yaxın insanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin
şəkildə pisləşib.
tag: HƏMAS, Ərdoğan, Qəzza, İSrail,Atəşkəs, todaypress.az,