Ərdoğan G20-də Ukraynada atəşkəsə nail olmaq istəyir

Dünya

18.11.2024 11:19

Rusiya-Ukrayna münaqişəsinin həlli Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Braziliyada keçiriləcək G20 ölkələrinin sammitində  prioritet mövzusu olacaq.

TodayPress xəbər verir ki, bu barədə "RİA" məlumat yayıb. 

“Ukraynada nizamlanma mövzusu Türkiyə prezidenti ilə dünya liderləri arasında bütün beynəlxalq platformalarda, o cümlədən Braziliyada keçirilən G20-də danışıqların əsas gündəliyindədir. Dəfələrlə qeyd olunduğu kimi, bu, Türkiyənin xarici siyasətində prioritetdir” məlumatda bildirilib. 

Həmçinin qeyd olunub ki, Ərdoğanın əsas istəyi tərəflər arasındakı döyüşləri dayandırmaq və davamlı atəşkəsə nail olmaqdır.

Günəş Mərd

tag: Rusiya, Ukrayna, Münaqişə, Türkiyə, Ərdoğan, G20, todaypress.az,