Ərdoğan Fələstin prezidenti ilə görüşdü
Dünya
16.08.2024 12:21
Fələstin prezidenti Mahmud Abbas Türkiyəyə iki günlük rəsmi səfər çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.
TodayPress xəbər verir ki, bu barədə “Haber Türk” məlumat yayıb.
Tərəflər Fələstin-İsrail münaqişəsini, daimi atəşkəs və sülhün bərqərar olması istiqamətində atılan addımları və cari hadisələri müzakirə ediblər.
Ərdoğan qeyd edib ki, Türkiyə Fələstin xalqını dəstəkləyərək İsrailə beynəlxalq təzyiqlərin artırılması istiqamətində işləməyə davam edəcək.
Qeyd edək ki, bundan əvvəl Abbas Moskvada Rusiya prezidenti ilə görüşüb.
Töhfə Səməd
tag: Fələstin, Türkiyə, Prezident, Mahmud Abbas, Sülh , todaypress.az,