Ərdoğan- Əsəd görüşü avqustda baş tuta bilər

Dünya

27.07.2024 11:56

Suriyadakı vətəndaş müharibəsindən sonra prezident Ərdoğan və Əsəd arasında görüş bu ilin avqustunda baş tuta bilər.

TodayPress xəbər verir ki, bu barədə “Türkiye Gazetesi” məlumat yayıb. 

Qeyd olunur ki, həmin görüşün təşkili məsələsi ilə artıq ölkələrin xüsusi xidmət orqanları məşğul olur.

Xatırladaq ki, iyunun 28-də Türkiyə prezidenti Dəməşqlə 2012-ci ildə kəsilmiş diplomatik münasibətləri bərpa etməyə hazır olduğunu bəyan edib. İyulun 12-də o, xarici işlər naziri Hakan Fidana "həmkarları ilə görüşməyi və normallaşma prosesi üçün yol xəritəsi hazırlamağı" tapşırdığını açıqlayıb. 

Töhfə Səməd

tag: Ərdoğan, Suriya, Əsəd, Türkiyə, Dəməşq, todaypress.az,