Ərdoğan beynəlxalq ictimaiyyəti Suriyanın bərpasına kömək etməyə çağırdı
Dünya
18.12.2024 01:32
Suriyanın
müharibədən sonrakı bərpası üçün beynəlxalq yardıma ehtiyacı var.
TodayPress xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər
əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşü zamanı deyib.
Ərdoğan
Türkiyənin Suriya xalqını və Suriya hakimiyyətini Suriyanın birliyini və ərazi
bütövlüyünü müdafiə etmək səylərini dəstəklədiyini və bu ölkənin bərpası
prosesində beynəlxalq ictimaiyyətin birləşməli olduğunu bildirib.
O, həmçinin Türkiyənin terrorçulara qarşı mübarizəsini davam etdirəcəyini
vurğulayıb.
Aynur TAC
tag: Ərdoğan, Türkiyə, Suriya, Yardım, Beynəlxalq, todaypress.az,