Ərdoğan: "Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq"

Dünya

22.04.2025 23:00

7

"Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq"

TodayPress xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, rəsmi Ankara türkdilli ölkələr və İslamabadla əlaqələri daha da gücləndirəcək: “Biz birlikdə yeni işlər görəcəyik”.

Ərdoğan təfərrüatları açıqlamayıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərifi qəbul edib. Liderlər Prezident iqamətgahında bir araya gəliblər.

tag: Azərbaycan, Pakistan, Ərdoğan, Türkiyə, Ankara, todaypress.az,