Əraqçi: “İran dialoqa çağırır”

Dünya

24.04.2025 19:20

6

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehranın Fransa, Almaniya və İngiltərə ilə münasibətləri ən aşağı səviyyəyə düşüb. 

TodayPress xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib. 

Əraqçi mövcud vəziyyəti "hər kəsin uduzduğu bir oyun" olaraq xarakterizə edib və dialoqu davam etdirmək üçün Paris, Berlin və Londona səfər etməyə hazır olduğunu bildirib. 

O, Avropa ölkələrini kənar qrupların təsirindən uzaq olmağa çağırıb və onların bu kritik anda qərarlarının İranla münasibətlərin gələcəyinə təsir edəcəyini vurğulayıb.

tag: İranın xarici işlər naziri ,Abbas Əraqçi,Britaniya,London,Todaypress.az,