Ər-Riyaddakı danışıqların tam müzakirəsi hansı tarixdə olacaq?

Dünya

27.03.2025 17:45

1224

Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Ər-Riyadda keçirilən danışıqların nəticələrinin tam müzakirəsi aprelin 3-də NATO xətti ilə baş tutacaq.

TodayPress xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Fransanın xarici işlər naziri Jan-Noel Barrot ABŞ dövlət katibi Marko Rubio ilə sözügedən danışıqların nəticələrini müzakirə ediblər.

Barrot Rubioya Rusiyadan, xüsusən də enerji infrastrukturuna zərbələrlə bağlı öhdəliklər almağın vacibliyinə işarə edib.

Qeyd edək ki, martın 27-də Parisdə 30-a yaxın ölkənin nümayəndələrinin iştirakı ilə sammit keçirilir.

Ukrayna münaqişəsi başa çatdıqdan sonra Kiyev üçün mümkün təhlükəsizlik təminatlarının müzakirəsi planlaşdırılır.

Əsas mövzulardan biri Ukrayna ərazisinə hərbi kontingentin yerləşdirilməsi idi.


tag: ABŞ,Rusiya,Ukrayna,NATO,Danışıqlar,Todaypress.az,