Enerji böhranı gözlənilir

Dünya

04.02.2025 13:37

ABŞ prezidenti Donald Trampın bərpa olunan enerji mənbələrinin inkişafının məhdudlaşdırılması ilə bağlı tədbirləri ölkədə enerji böhranına səbəb ola bilər. 

TodayPress xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazıb. 

"Tramp, vəzifəsinin ilk həftəsində dəniz külək stansiyalarına icazələrə moratorium tətbiq edən bir sərəncam verib və mövcud lisenziyaların nəzərdən keçirilməsinə başlayıb. O, həmçinin yaşıl enerji layihələri üçün yüz milyardlarla dollarlıq təşviq və yardımları dayandırıb. Donald Trampın bərpa olunan enerjiyə qoyduğu məhdudiyyətlər ABŞ-də elektrik böhranına səbəb olur, istehlakçılar üçün qiymətləri artırır” deyə qeyd edilib.

Həmçinin xəbərdarlıq edilib ki, enerji sektoruna ayrılan maliyyənin kəsilməsilə sənayedə yaranacaq yavaşlama elektrik enerjisinin tam kəsilməsi riskini artıra və ölkədə süni intellekt texnologiyalarının inkişafını ləngidə bilər.  

Nicat Osman

tag: ABŞ,Donald Tramp,Enerji,Elektrik,Böhran,Todaypress.az,