Ən çox maaş alan ölkə lideri açıqlandı
Dünya
07.10.2024 09:43
Sinqapurun Baş naziri Lourens Vonq dünyanın ən çox maaş alan lideri olub.
TodayPress xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.
Qeyd olunub ki, Vonq ildə təxminən 1,69 milyon dollar qazanır.
Siyahıda ikinci yerdə ildə təxminən 570 min dollar alan, İseveçrənin prezidenti Viola Amherd qərarlaşıb.
Üçüncü yeri Avstraliyanın Baş naziri Entoni Albanese (413 min dollar), dördüncü yeri ABŞ prezidenti Cozef Bayden (400 min dollar) tutub.
Siyahıda növbəti yerləri Avstriya kansleri Karl Nehammer, Yeni Zelandiyanın Baş naziri Kristofer Lakson, Kanadanın Baş naziri Castin Trüdo və Almaniya kansleri Olaf Şolz tutur.
Günəş Mərd
tag: Maaş ,Avstraliya ,Baş Nazir ,Entoni Albanese, Lakson ,todaypress.az,