Ən böyük müdafiə şirkətində yanğın baş verdi
Dünya
30.10.2024 09:55
Böyük Britaniyanın ən böyük müdafiə şirkəti “BAE Systems”in Barrou-in-Furnessdəki obyektində yanğın baş verib.
TodayPress xəbər verir ki, bu barədə yerli polis məlumat verib.
“Təcili yardım xidmətləri Barrou-in-Furnessdəki “BAE Systems” zavodunda baş verən yanğının söndürülməsində iştirak edib. Heç bir nüvə təhlükəsi yoxdur” deyə bəyanatda bildirilib.
Britaniya mətbuatının yazdığına görə, bu obyektdə Britaniyanın nüvə sualtı qayıqları istehsal olunur.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisəyə müdaxilə edərkən yaxınlıqda yaşayan insanlara evdə qalmaları, qapı və pəncərələri bağlı saxlamaları tövsiyə olunub. Polisin məlumatına görə, iki nəfər xəstəxanaya aparılıb.
Töhfə Səməd
tag: Polis, Yanğın, Britaniya, FHN, Dünya, todaypress.az,