Ən böyük kommersiya pilotsuz təyyarəsi sınaqdan keçirildi
Çin Xalq Respublikası (ÇXR) kommersiya daşımaları üçün ölkənin ən böyük ikimühərrikli pilotsuz təyyarəsini uğurla sınaqdan keçirib.
TodayPress xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.
Çin televiziyasının məlumatına görə, sınaq Siçuan əyalətinin Fenminq Ümumi Aviasiya Hava Limanında keçirilib.
“İlk uçuş sınaqları təxminən 20 dəqiqə davam etdi. Uçuş zamanı bütün sistemlər normal işləyib" məlumatda deyilir.
Qeyd edək ki, yeni tipli yük dronunun qanadlarının uzunluğu 16,1 metr, hündürlüyü 4,6 metr, yük bölməsi 12 kubmetr, kommersiya daşıma qabiliyyəti isə iki tondur.
Günəş Mərd
tag: Çin,sınaq,dron,yük,uçuş,todaypress.az,