Elon Mask "TikTok"a meydan oxudu – "X" rəqibinin bənzərini yaradır

Dünya

06.06.2024 10:36

"X" sosial şəbəkəsi istifadəçi seçimlərinə uyğun olaraq axın videolarına baxmağa imkan verəcək platforma yaradır.

TodayPress xəbər verir ki, avqustda məhdud istifadəçi qrupu fərdiləşdirilmiş qısa və uzun videolara baxmaq, həmçinin onlayn yayımlar aparmaq funksiyası ilə yeni platformanın beta versiyasını sınaqdan keçirə biləcək.

Yeniliklərin tətbiqi ideyası "Twitter"in 2016-cı ildə bağladığı "Vine"ı geri qaytarmaq cəhdidir. Sosial şəbəkə istifadəçiləri bu dəyişikliyi "TikTok"a bənzədiblər.

Nərmin Tuncay

tag: Elon Mask, TikTok, X, Rəqib, todaypress.az,