Əlcəzair Fransadakı səfirini geri çağırdı
Dünya
30.07.2024 20:21
Əlcəzair Fransadakı səfirini geri çağırıb.
TodayPress “Ennahar Online”-a istinadən xəbər verir ki, bu
qərar rəsmi Parisin Mərakeşin Qərbi Saharaya muxtariyyət verilməsi planını
münaqişənin həlli üçün yeganə əsas kimi tanımasından sonra verilib.
Fransa qərarda Mərakeşin suverenliyi altında Qərbi Sahara
bölgəsi üçün muxtariyyət planının ərazi üzərində uzun müddətdir davam edən
mübahisəni həll etməyin yeganə yolu kimi tanıdığını bildirib.
Əlcəzair tərəfi bundan "böyük təəssüf" hissi
keçirdiyini bəyan edib və Parisin qərarını qətiyyətlə pisləyərək, bunu nəticələrinin
olacağını əlavə edib.
Qeyd edək ki, Əlcəzair Qərbi Saharda özünü müstəqil elan
etmiş beynəlxalq səviyyədə tanınmamış Səhravi Ərəb Respublikasını (POLİRASİO Cəhbəsi)
tanıyıb və Birləşmiş Millətlər Təşkilatının referendum planını (yalnız müstəqillik
əldə olunarsa) seçim olaraq dəstəkləyir.
Həmin referendum kimin səs verməsi və onun necə keçirilməsi ilə bağlı fikir
ayrılıqları səbəbindən heç vaxt baş tutmayıb və BMT Təhlükəsizlik Şurasının son
qətnamələrində bu variant qeyd olunmayıb, tərəflər kompromis əsasında real həll
yolu üçün birgə işləməyə çağırılıb.
Qərbi Saharada keçmiş müstəmləkəçi dövlət olan İspaniya
2022-ci ildə Mərakeşin muxtariyyət planını dəstəklədiyini bildirib.
ABŞ, İsrail və Ərəb ölkələri də Mərakeşin ərazi üzərindəki suverenliyini dəstəkləyir.
Qərbi Sahardakı tanınmamış tərəf 2020-ci ildə BMT-nin vasitəçiliyi ilə
bağlanmış atəşkəsdən çıxıb. Lakin uzun müddətdir dondurulmuş münaqişədə gərginləşmə
qeydə alınmayıb.(apa.az)
tag: Əlcəzair, Fransa, Səfir, Qərbi Sahara, todaypress.az,