"Əl-Şəbab"ın 100-ə yaxın yaraqlısı məhv edildi
Somalidə üç hərbi bazanı ələ keçirməyə cəhd edən radikal "Əl-Şəbab" qruplaşmasının 80-dən çox yaraqlısı məhv edilib.
TodayPress xəbər verir ki, bu barədə "SONNA" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, hökumət qüvvələri hücumu dəf edib. Bomba yüklü dörd avtomobil zərərsizləşdirib.
Xatırladaq ki, “Əl-Şəbab” 2004-cü ildə Somalidə yaradılıb. Onun 10 minədək döyüşçüsü var və onlar əsasən ölkənin mərkəzi və cənub bölgələrində fəaliyyət göstərirlər.
Günəş Mərd
tag: Əl-Şəbab, Somali, Bomba, Hərbi Baza, Hücum, todaypress.az,