Əl-Cəzirə: İsrail Qəzzanın şimalında xəstəxanaya zərbə endirib

Dünya

25.10.2024 09:45

İsrail hərbi aviasiyası Qəzza zolağının şimalında yerləşən Kamal Advan xəstəxanasına hava zərbəsi endirib. 

TodayPress xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Zərbə xəstəxana binasına qismən ziyan vuran partlayışa səbəb olub. 

Tibb müəssisəsinin direktoru hücum nəticəsində bir neçə xəstəxana əməkdaşının yaralandığını bildirib.

Günəş Mərd

tag: Qəzza, İsrail, Xəstəxana, Zərbə, todaypress.az,