Ekvadorda prezidentliyə namizəd Villavisensionun qətlinə görə 5 nəfər həbs edildi

Dünya

13.07.2024 22:56

Ekvadorun ən böyük cinayətkar dəstələrindən biri ilə əlaqəsi olan 5 nəfər ötən il prezidentliyə namizəd Fernando Villavicencio-nun (Fernando Villavisensio) qətlinə görə həbs edilib.

TodayPress xəbər verir ki, ölkənin milli assambleyasının üzvü və keçmiş jurnalist cənab Villavisensio keçən avqustda paytaxt Kitoda seçki kampaniyasını tərk edərkən güllələnmişdi.

“Los Lobos” dəstəsinin lideri olduğu iddia edilən Karlos Anqulo və Laura Kastilya suiqəsddə tutduqları əsas rola görə 34 il 8 ay həbs cəzasına məhkum ediliblər.

Kito məhkəməsi iki kişi və bir qadını isə hücumda suiqəsdçi dəstəyə kömək etdiklərinə görə 12 il müddətinə azadlıqdan məhrum edib.

Nəzrin Cavadzadə

tag: todaypress.az, Fernando Villavisensio, Kito, Los Lobos, Namizəd,