Ekvadorda meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edildi
Dünya
19.11.2024 01:13
Ekvador hökuməti meşə yanğınları ilə
əlaqədar bütün ölkədə fövqəladə vəziyyət elan edib.
TodayPress xəbər verir ki, bu barədə Ekvadorun
Risklərin İdarə Edilməsi Katibliyinin məlumatında deyilir.
“Fövqəladə Hallar Komitəsinin prezidenti İnes Mansano
ölkədə meşə yanğınları, su qıtlığı və quraqlıq ilə əlaqədar 60 gün müddətində
fövqəladə vəziyyətin tətbiq olunduğunu təsdiqləyib” qurumdan bildirilib.
Risklərin İdarə Edilməsi Katibliyindən vurğulanıb ki,
ölkə üzrə 17 aktiv və 5 nəzarət edilən yanğı qeydə alınıb. Söhbət ilk növbədə
Asuay və Loxa əyalətlərindən gedir. Yanğınları söndürmək üçün helikopterlərdən
istifadə olunur.
Qeyd olunur ki, noyabrın 1-dən yanğın nəticəsində Asuay
əyalətində 1,7 min hektardan çox, Loxada isə 8,5 min hektardan çox bitki örtüyü
məhv olub.
tag: Ekvador, Yanğın, Meşə, Loxa, Əyalət, todaypress.az,