Eks-prezident zorakılıqda ittiham olunur

Dünya

15.08.2024 09:02

Argentinanın keçmiş prezidenti Alberto Fernandes keçmiş sevgilisi Fabiola Yanesi döyməkdə günahlandırılır. 

TodayPress xəbər verir ki, bu barədə "La Nación" yazır. 

Bildirilir ki, Fernandes güc tətbiq etməklə, ağır bədən xəsarəti yetirməkdə ittiham olunur. 

Prokurorun sözlərinə görə, siyasətçi sevgilisini döyərək onu təqib edib və alçaldıb. İttihamnamədə Fernandes tərəfindən keçmiş həyat yoldaşına qarşı doqquz zorakılıq, o cümlədən onu aborta məcbur etmək, hamilə olduğu iddia edilən zaman qarnından bıçaqlamaq, əlinə xəsarət yetirmək, ictimai yerlərdə ona bıçaq zərbələri endirmək və bir sıra cinayətlər daxildir. 

Qeyd edək ki, Alberto Fernandes 2019-cu il dekabrın 10-dan 2023-cü il dekabrın 10-dək prezident vəzifəsində çalışıb. 

Günəş Mərd

tag: Argentina, Fernandes, Zorakılıq, Cinayət, Prokuror, todaypress.az,