Əhmədinejad İsrailin İrandakı agent şəbəkəsindən danışdı

Dünya

30.09.2024 18:40

“İranın anti-İsrail bölməsinin rəhbəri İsrailin xarici kəşfiyyat xidməti “Mossad”ın agenti olub”.     

TodayPress “CNN Türk”ə istinadən xəbər verir ki, bunu İranın keçmiş prezidenti Mahmud Əhmədinejad deyib.  

Nəşr qeyd edir ki, İranın keçmiş lideri bu bəyanatı İsrailin Livan “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahın ölümü barədə danışarkən verib.      

“İsrail İran daxilində çox vacib məlumatları asanlıqla əldə edə bilir. İran bölmələri indiyədək bu vəziyyətə səssiz qalıb. “Mossad”ın İranda həm ölkə xaricində, həm də daxilində geniş agent şəbəkəsi var” o, vurğulayıb. 

Qeyd edək ki, bundan öncə “Parisien” nəşri Livanın təhlükəsizlik mənbəsinə istinadən yazıb ki, “Hizbullah” liderinin yeri barədə İsrailə məlumatı iranlı casus verib.

Xatırladaq ki, Həsən Nəsrullah sentyabrın 28-də İsrailin Beyruta endirdiyi zərbə nəticəsində həlak olub.

Günəş Mərd

tag: İran ,Mossad ,Livan, Hizbullah ,Beyrut ,İsrail, todaypress.az,