Əhməd əş-Şaraa keçid dövründə Suriya Prezidenti elan edildi
Dünya
30.01.2025 01:00
Əhməd əş-Şaraa keçid dövründə Suriya
Prezidenti vəzifəsini icra edəcək və ölkəni beynəlxalq tədbirlərdə təmsil
edəcək.
TodayPress xəbər verir ki, bu barədə Hərbi
Əməliyyatlar Direktorluğunun (yeni hakimiyyətin rəhbər orqanı) bəyanatında qeyd
olunub.
Suriyanın yeni hakimiyyəti 2012-ci il konstitusiyasının
artıq qüvvədə olmadığını və ölkə parlamentinin buraxıldığını elan edib.
Bununla yanaşı, dekabrın 8-i “Böyük Suriya inqilabının
qələbəsi” şərəfinə milli bayram elan edilib.
Xatırladaq ki, ötən il noyabrın sonunda silahlı müxalifət
qrupları Suriya Ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib.
Dekabrın 8-də onlar Dəməşqə daxil olublar, bundan sonra hökumət qüvvələri
şəhəri tərk ediblər. Bəşər Əsəd Suriya Prezidenti vəzifəsindən istefa verib və
ölkəni tərk edib. 2024-cü ilin yanvar ayından İdlib vilayətində müxalifətin
yaratdığı Qurtuluş Hökumətinə başçılıq edən Məhəmməd əl-Bəşir 2025-ci il martın
1-dək davam edəcək keçid dövrü üçün Suriya hökumətinin başçısı təyin olunduğunu
açıqlayıb. Suriyanın faktiki lideri Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınan
“Hayat Təhrir əş-Şam” qruplaşmasının rəhbəri Əhməd əş-Şaraa olub.
tag: Suriya, Silahlı, Bəşər Əsəd,Əhməd əş Şaraa, Prezident, todaypress.az,