Egey dənizində batmaq təhlükəsi ilə üzləşən 67 miqrant xilas edildi
Dünya
01.08.2024 03:00
Egey dənizinin Türkiyənin
Muğla vilayətinə düşən hissəsində batmaq təhlükəsi ilə üzləşən 67 miqrant xilas
edilib. Qanunsuz yollarla Yunanıstana keçmək istəyən bu şəxslərin yunan tərəfindən
Türkiyə ərazi sularına geri göndərildiyi bildirilir.
TodayPress xəbər
verir ki, bu barədə Türkiyənin Sahil Mühafizə Xidmətindən məlumat verilib.
Əraziyə sahil mühafizəsinin gəmiləri
göndərilib.
Miqrantlardan 34-nün Muğlanın
Bodrum, 33-nün isə Datça rayonları ərazisində olduğu müəyyən edilib.
Rezin qayıqlarda olan
miqrantlardan 13-ü azyaşlıdır.
Onlar aidiyyatı qurumlara təhvil
veriliblər.
tag: Egey, Yunanıstan, Miqrant, Türkiyə , todaypress.az,