Egey dənizində 71 miqrant xilas edildi

Dünya

15.07.2024 17:45

Türkiyə Sahil Mühafizəsi Yunanıstan dəniz qüvvələri tərəfindən geri qaytarılan 71 qeyri-qanuni miqrantı xilas edib.

TodayPress “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb. 

11-i uşaq olmaqla 71 mühacir Egey sahillərinə çatdırılıb. Miqrantlar Datçaya gətirilərək, Bölgə Köç Müdirliyinə təhvil verilib.

Töhfə Səməd

tag: Türkiyə, Miqrant, Köç, Egey Sahilləri, Yunanıstan, todaypress.az,