Əfsanəvi futbolçunun evi qarət olundu
Dünya
21.06.2024 18:49
Əfsanəvi italiyan futbolçusu Roberto Baggionun evinin qarət olunduğu bildirilib.
TodayPress xəbər verir ki, İtaliya mətbuatında yer alan məlumata görə, keçmiş futbolçu Baggionun Caldogno yaxınlığındakı meşəlik ərazidəki evi 5 silahlı şəxs tərəfindən qarət olunub.
Hadisə keçmiş futbolçu ailəsi ilə birlikdə Avropa Çempionatında İspaniya-İtaliya matçını izlədiyi zaman baş verib. Baggionun evə girən silahlı şəxslərlə əlbəyaxa dava etdiyi və qaşrıdurma zamanı futbolçunun xəsarət aldığı bildirilib. Soyğunçular Baggio və ailə üzvlərini bir otağa salıb qapını bağladıqdan sonra evdə ailəyə aid olan bahalı saat, zinət əşyaları və bir qədər pul oğurlayıb qaçıblar.
Roberto Baggionun soyğunçular çıxıb təhlükəsizlik qüvvələrini vəziyyəti xəbərdar etdikdən sonra kilidləndiyi otaqdan çıxmağı bacardığı qeyd edilib.
Hadisədən sonra Roberto Baggionun xəstəxanaya aparıldığı və alnına tikişlər vurulduğu, digər ailə üzvlərinin isə xəsarət almadığı, lakin böyük qorxu içində olduğu bildirilib.
Qeyd edilib ki, silahlı soyğunla bağlı araşdırmalara başlayan polis qüvvələri Baggio, həyat yoldaşı və 3 uşağının təxminən 15 ildir yaşadığı evin təhlükəsizlik kameralarını da araşdırıblar.
Xatırladaq ki, 57 yaşlı Roberto Baggio 1980-2000-ci illər arasında İtaliya futbolunda "ən yaxşı" 10 futbolçudan biri heab olunur. O, 1994-cü ildə Braziliya ilə keçirilən Dünya Kubokunun finalında İtaliyanın kuboku itirməsi ilə nəticələnən penaltilər seriyasında penaltilər seriyasını qaçırması ilə də tanınır.
GÜNEL
tag: İtaliya, Roberto Baggio, Futbolçu, Silahlı soyğun, todaypress.az,