Əfqanıstanlı qız dünyanın diqqət mərkəzində

Dünya

01.06.2024 16:50

Manija Talaş Kabildə breyk dansla məşğul olan ilk qadındır. O, ölkəsində Kabil rəqs zalının təqib edildiyini iddia edir. Amma buna baxmayaraq, Paris Olimpiadasında breyk dansın yolunu açanlar arasında Əfqanıstan təmsilçisi də olacaq. 

TodayPress xəbər verir ki, bu ölkədə müasir hip-hop hərəkətləri ilə məşğul olan qadını az adam təsəvvür edə bilər. Talaş Taliban hərəkatı hakimiyyətə gəldikdən sonra vətənində təqiblərlə üzləşib. 

İdmançı Avropa Birliyinin dəstəyi ilə İspaniyada siyasi sığınacaq alıb. O, qaçqın komandasının tərkibində Fransaya gedəcək.  Manija qaçqınlar komandasındakı həmkarlarından fərqli olaraq, yeni hökumətin idmana münasibətinə görə, milli komandada oynamağı planlaşdırmır. 

Bir gün əvvəl Talaş Olimpiadaya rəsmi vəsiqə alıb. O, qaçqın komandasında Əfqanıstandan olan yeganə idmançı deyil. Olimpiadanın ən qeyri-adi komandasında əfqan əsilli beş idmançı yer alacaq və bu nümayəndə heyətində 12 idman növü üzrə ümumilikdə 11 ölkə təmsil olunacaq.

Namiq HUN

tag: İdman, Avropa birliyi, Dünya, Əfqanıstan, Olimpiada, todaypress.az,