Əfqanıstanda mədən uçdu, fəhlələr altında qaldı

Dünya

15.12.2024 17:15

Əfqanıstanın şimalında yerləşən Səməngan vilayətinin Dara-Sof rayonunda kömür mədəninin uçması nəticəsində azı 35 nəfər uçqun altında qalıb.

TodayPress xəbər verir ki, bu barədə “Etilaatroz” qəzeti məlumat yayıb.

Mənbələrin məlumatına görə, uçqun dekabrın 14-də gecə saatlarında baş verib.

Hazırda uçqun altında qalanların taleyi bəlli deyil. Hadisə yerinə tibbi briqadalar və təcili yardım maşınları göndərilib.

tag: Əfqanıstan,Səməngan,Dara-Sof,Uçqun,Fəhlə,todaypress.az,