Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 40-a çatdı

Dünya

16.07.2024 20:40

Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində leysan yağışları və daşqınlar nəticəsində ölənlərin sayı 40-a, yaralıların sayı isə 347-yə çatıb.

TodayPress xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin sözçüsü Şərafət Zaman Amarxil bildirib ki, xəsarət alanların sayının artacağı gözlənilir.

Qəfil təbii fəlakət bazar ertəsi günortadan sonra baş verib və əyalətin paytaxtı Cəlalabadda, Sux Rod rayonunda və Pakistanla həmsərhəd əyalətdəki qonşu ərazilərdə ağır ölüm və maddi ziyana səbəb olub.

Eyni şəkildə, bazar ertəsi səhər Əfqanıstanın şərqindəki Kunar əyalətinin əksər hissəsində baş verən daşqınlar nəticəsində beş nəfər həlak olub.

May ayından bəri leysan yağışlar və daşqınlar 400-dən çox insanın həyatına son qoyub, minlərlə insan evsiz qalıb.

Nəzrin Cavadzadə

tag: todaypress.az, Əfqanıstan, Daşqınlar, Nanqarhar, Kunar,