Əfqanıstanda avtomobil kanala düşdü: 6 nəfər həyatını itirdi
Əfqanıstanın cənubundakı Hilmənd vilayətində baş verən ağır yol qəzası nəticəsində 6 nəfər həyatını itirib.
TodayPress xəbər verir ki, bu barədə vilayətin informasiya və mədəniyyət idarəsinin rəhbəri Əbdül Bari Rəşid məlumat yayıb.
Onun sözlərinə görə, qurbanlar arasında 4 qadın, 1 uşaq və avtomobilin sürücüsü var.
Hadisə aprelin 20-də Garmsir rayonunda qeydə alınıb. Maşın su kanalına düşərək batıb.
Qiymət Mahir
tag: Əfqanıstan,Avtomobil,Kanal,Ölüm,Todaypress.az,