Əfqanıstan Pakistana zərbələr endirdi
Dünya
28.12.2024 15:48
Əfqanıstan Pakistanda bir neçə məntəqəni hədəfə alıb.
TodayPress, “Reuters “ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Taliban qüvvələri Pakistanın hava hücumlarına cavab olaraq bir neçə məntəqəni hədəf alıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Pakistana məxsus qırıcı təyyarələrin Əfqanıstanın bəzi bölgələrini bombalaması nəticəsində 46 nəfər həyatını itirib.
tag: Pakistan, Təyyarə, Qırıcı, Əfqanıstan, todaypress.az,